Təfərrüatları
Məhsul haqqında qısa açıqlama
Qazlı soba (4 gözlü, fırınlı) restoran, kafe, çay evi, fast food məkanları və digər iaşə obyektləri üçün nəzərdə tutulmuş peşəkar mətbəx avadanlığıdır. Dörd gözlü üst bişirmə hissəsi eyni anda bir neçə yeməyin hazırlanmasına imkan verir, alt hissədə yerləşən inteqrə olunmuş fırın isə bişirmə prosesini daha səmərəli edir.
Yüksək istilik ötürülməsi, davamlı material quruluşu və uzunömürlü istifadə xüsusiyyəti ilə bu qazlı soba intensiv mətbəx iş rejimi üçün ideal seçimdir.
AİSİ 304 18/8 Cr-Ni keyfiyyətli metaldan hazırlanır
Ölçüsündən asılı olmayaraq təbii və sıxılmış maye qazla işləyir.
Üst təbəqə 1.2 mm, gövdə isə 1.0 mm qalınlıqla metaldan hazırlanır.
Qazın axını xüsusi maqnetik açarlarla tənzimlənir.
Soba izolyasiya qatına malikdir
Uzunluq (mm) : 800
En (mm) : 900
Hündürlük (mm) : 850
Çəki (Kq) : 113
Həcm (m³): 0.61
Qaz ocaqların sayı : 4
Qaz açarların ölçüləri : №2
Gücü (kW) : 53