Təfərrüatları
Məhsul haqqında qısa açıqlama
Elektrikli soba (4 gözlü, fırınlı) restoranlar, kafelər və digər iaşə obyektləri üçün nəzərdə tutulmuş peşəkar mətbəx avadanlığıdır. Dörd gözlü üst bişirmə hissəsi eyni anda bir neçə yeməyin hazırlanmasına imkan verir, alt hissədə yerləşən inteqrə olunmuş fırın isə bişirmə prosesini daha səmərəli edir.
Yüksək istilik ötürülməsi və davamlı material quruluşu ilə bu elektrikli soba intensiv mətbəx iş rejimi üçün ideal seçimdir.
AİSİ 304 18/8 Cr-Ni keyfiyyətli paslanmayan metaldan hazırlanır.
Üst təbəqə 1.2 mm, gövdə isə 1.0 mm qalınlıqda metaldan hazırlanır.
Qızdırıcı daşlar termostat və açarlarla idarə olunur.
Soba izolyasiya qatına malikdir.
Qızdırıcı daşlar 300*300 mm (3kW), 400*400 mm (5 kW) ölçülərində ola bilər.
Uzunluq (mm) : 800
En (mm) : 900
Hündürlük (mm) : 850
Çəki (Kq) : 112
Həcm (m³): 0.61
Eleketrik daşların sayı(ədəd) : 4
Eleketrik daşların ölçüləri (mm) : 300*300
Gücü (kW) : 17